Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kiyev merinə rus dilində video göndərdi: Mesaj qəzəbə səbəb oldu

Kiyev merinə rus dilində video göndərdi: Mesaj qəzəbə səbəb oldu

Tarix: 13 Yanvar 2023 07:36

Latviya parlamentinin spikeri Edvard Smiltens ukraynalılara rus dilində müraciət etdiyinə görə tənqid edilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, spikerə latış dilində danışması üçün çağırış edilib.

"Biz 14-cü Seymin spikeri Edvard Smiltensdən xahiş edirik ki, ukraynalılara Ukraynanın dövlət dilində müraciət edə bilmirsə, o zaman ictimai ünsiyyət zamanı dövlət dilindən və ya Avropa İttifaqının hər hansı dilindən istifadə etsin", - deyə latviyalı istifadəçilər sosial şəbəkələrdə etirazlarını ifadə ediblər.

Smiltensin sözlərinə görə, o, iki videomüraciət lentə alıb ki, onlardan biri Kiyev meri Vitali Kliçkoya ünvanlanıb və rus dilində olub. Spiker videoda Ukraynaya göndəriləcək avtobuslardan bəhs edib.

"İki videomontaj var, bu, mənim şəxsən Kliçkoya göndərdiyim mesaj idi. Məlum oldu ki, o, videonu yayımlayıb", - deyə Smiltens qeyd edib.

O vurğulayıb ki, rəsmi ünsiyyətdə latış, ingilis və ya fransız dillərində danışır və Ukrayna dilini kifayət qədər bilmir.

"Aprel ayında Kiyevdə olarkən bütün rəsmi çıxışlar Ukrayna dilində idi. Lakin təəssüf ki, sürətli şəxsi ünsiyyət üçün kifayət qədər Ukrayna dili biliklərinə malik deyiləm. Ancaq siz əsas şeyi düzgün başa düşdünüz - biz (Latviya xalqı) qələbəyə qədər inamla Ukraynanı dəstəkləməyə davam edəcəyik!" - deyə parlament spikeri əlavə edib.

Milli.Az


Etiketlər:  Kiyev merinə rus dilində video göndərdi Mesaj qəzəbə səbəb oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ