Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2023 21:02
Rusiyada, Orenburq vilayətində 63 yaşlı tanışını asfalt parçası ilə döyərək öldürən 42 yaşlı Orsk sakini mühakimə olunub.
Sonxeber.net bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rayon üzrə mətbuat xidmətindən məlumat verilib.
Hadisə ötən il iyunun 11-nə keçən gecə Nikelşikov prospektindəki evlərin yaxınlığındakı meşədə baş verib. Ruslar arasında mübahisə yaranıb, müttəhim yerdən asfalt parçasını götürüb və onunla rəqibinin başına döyməyə başlayıb.
Zərərçəkmiş aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib. Hücum edən şəxs daha sonra hadisə yerindən qaçıb.
"Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 1 il müddətinə sərt rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməklə 9 il müddətinə azadlıqdan məhrum edilib", - deyə idarənin mətbuat xidmətindən bildirilib.
İrfan Vəliyev