Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ötən il Azərbaycan iqtisadiyyatı 4,6 % böyüyüb

Ötən il Azərbaycan iqtisadiyyatı 4,6 % böyüyüb

Tarix: 17 Yanvar 2023 14:44

2022-ci ildə ölkədə 133,8 mlrd. manatlıq və ya əvvəlki illə müqayisədə 4,6% çox ümumi daxili məhsul istehsal olunub.

Sonxeber.net Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7% azalıb, qeyri neft-qaz sektorunda isə 9,1% artıb.

ÜDM istehsalının 51,1%-i sənaye, 8,2%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,0%-i nəqliyyat və anbar təsərrüfatı, 4,8%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,8%-i tikinti, 1,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,4%-i informasiya və rabitə sahələrinin, 14,7%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,4%-ini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 13292,2 manata bərabər olub.


Etiketlər:  Ötən Azərbaycan iqtisadiyyatı böyüyüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ