Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hollandiya Ukraynaya "Patriot"lar göndərəcək

Hollandiya Ukraynaya

Tarix: 17 Yanvar 2023 22:39

Hollandiya Ukraynaya Patriot sistemləri göndərməyi , ABŞ və Almaniyanın Kiyevə hava hücumundan müdafiə sistemləri ilə dəstək vermək səylərinə qoşulmağı düşünür.

Bu barədə Bloomberg yazır .

Hollandiya Müdafiə Nazirliyinin sözçüsü Saşa Luhoff izah edib ki, ölkə "Ukraynanın hərbi dəstəyini daim nəzərdən keçirir".

Bundan əvvəl Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, "Patriot" hava hücumundan müdafiə sistemləri yazda döyüşlərə cəlb olunacaq.

Bir gün əvvəl Ukrayna hərbçiləri "Patriot" hava hücumundan müdafiə sistemləri ilə işləmək üçün ABŞ-da təlimlərə başlayıblar . Həmçinin bildirilib ki , ABŞ Müdafiə Nazirliyi Ukraynaya veriləcək zenit-raket komplekslərinin istismarında "texniki yardım" üçün Raytheon Technologies ilə müqavilə bağlamağa hazırlaşır . Digər şirkətlərə subpodratçı kimi müqavilədə iştirak etmək üçün bu təşkilatla əlaqə saxlamaları tövsiyə olunur.

Milli.Az


Etiketlər:  Hollandiya Ukraynaya Patriotlar göndərəcək


RƏYLƏR