Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Əlilliyi olan şəxslərə daha aşağı faizlə kredit verilməlidir" - VİDEO

Tarix: 18 Yanvar 2023 12:32

Əlilliyi olan və ya ailəsində 1-ci və 2-ci qrup əlil olan, müəyyən sosial təminata və ya yardıma ehtiyac duyan şəxslərin kredit öhdəlikləri fərqləndirilməlidir. Onlara daha aşağı faizlə kredit verilməlidir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, millət vəkili Azay Quliyev bu təkliflə çıxış edib.

Millət vəkili "Xəzər Xəbər"ə açıqlamasında bu kateqoriyadan olan şəxslərin götürdükləri kreditlərin faizlərinin ödənməsi ilə bağlı fərqli və daha yumşaq rejim tətbiq olunmasının vacibliyini vurğulayıb.

Azay Quliyev deyib ki, bəzən bağlanmış banklara olan borcun ödənməsində də  əlilliyi olan şəxslərə güzəşt edilmir. Hətta bir vətəndaşdan borcunun 3 dəfə artığı qədər məbləğ tələb olunub.

Deputat hesab edir ki, bu məsələ dövlət səviyyəsində həll edilməlidir və bununla bağlı xüsusi layihə hazırlanmalıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Əlilliyi olan şəxslərə daha aşağı faizlə kredit verilməlidir VİDEO


RƏYLƏR