Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəzərdə itkin düşmüş balıqçının axtarışları üçün qonşu ölkələrə müraciət olunub (VİDEO)

Xəzərdə itkin düşmüş balıqçının axtarışları üçün qonşu ölkələrə müraciət olunub (VİDEO)

Tarix: 12 Oktyabr 2019 14:33

Bakı. Trend:

8 oktyabr 2019-cu il tarixində Xəzər dənizində itkin düşmüş 4 balıqçıdan sonuncusunun axtarışları Fövqəladə Hallar Nazirliyinin (FHN) 1 ədəd helikopteri cəlb edilməklə müvafiq qüvvələri tərəfindən davam etdirilir.

FHN-dən Trend-ə verilən məlumata görə, hadisə ilə əlaqədar Qazaxıstan Daxili İşlər Nazirliyinə, Rusiya Fövqəladə Hallar Nazirliyinə və Türkmənistan Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən müraciət olunub.

Həmçinin, xilas olunmuş 3 nəfər balıqçıdan biri hadisə yerinin bir daha dəqiqləşdirilməsi məqsədilə helikopterdə axtarış-xilasetmə işlərinə cəlb olunub.

Axtarışlar nəticəsində “ABA1074” seriyalı kiçik həcmli motorlu qayıq yararsız hala düşmüş vəziyyətdə tapılıb, lakin ərazidə insan faktoru aşkar olunmayıb. Axtarış-xilasetmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Xəzərdə itkin düşmüş balıqçının axtarışları üçün qonşu ölkələrə müraciət olunub VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ