Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycan Latviyanın çox önəmli tərəfdaşıdır''

''Azərbaycan Latviyanın çox önəmli tərəfdaşıdır''

Tarix: 18 Yanvar 2023 23:39

Azərbaycan Latviyanın çox önəmli tərəfdaşıdır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Latviya Prezidenti Egils Levits Azərbaycan Prezidenti İlham Əliyevlə Davosda keçirdiyi görüşdə deyib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Sədri kimi fəaliyyətini xüsusi qeyd edib.

Prezident Egils Levits, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində bir sıra təşəbbüslərə imza atdığını bildirib, xüsusilə COVID-19-a qarşı mübarizə istiqamətində uğurlu fəaliyyətini vurğulayıb.

Qeyd edək ki, söhbət zamanı Azərbaycan Prezidenti latviyalı həmkarını ölkəmizə səfərə dəvət edib və dəvət minnətdarlıqla qəbul olunub.


Etiketlər:  Azərbaycan Latviyanın çox önəmli tərəfdaşıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ