Tarix: 12 Oktyabr 2019 15:40
Azərbaycanın yeniyetmə şahmatçısı Aydın Süleymanlı dünya çempionu adını qazanıb.
Qol.az xəbər verir ki, o, Hindistanın Mumbay şəhərində keçirilən çempionatda 14 yaşlıların yarışında birinci olub.
Süleymanlı 11 oyunun 7-də qələbə qazanıb, 4-də isə heç-heçə edib. Ümumilikdə 9 xal toplayan həmyerlimiz bütün rəqibərini üstələyib.
Qeyd edək ki, Aydın Süleymanlı 2017-ci ildə Rumıniyanın Mamaya şəhərində 12 yaşlı oğlanlar arasındakı Avropa çempionatının da qalibi olub.