Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2023 22:27
Estoniya, Polşa, Litva, Latviya, Böyük Britaniya, Almaniya, Danimarka, Çexiya, Slovakiya, Niderland və İspaniyanın müdafiə rəsmiləri "Tallinn öhdəliyi"ni imzalayaraq Ukraynaya dəstəklərini açıqlayıblar.
Estoniyanın Tapa Hərbi Bazasında görüşən rəsmilər Ukraynanın Rusiyaya qarşı mübarizəsini "qəhrəmancasına müqavimət" kimi qiymətləndiriblər.
Estoniya Müdafiə Nazirliyi açıqlamasında, "Rusiyanın mülki əhaliyə və infrastruktura qəsdən hücumları da daxil olmaqla müharibə cinayəti təşkil edə biləcək hücumlarını pisləyirik. Biz Rusiyanın Ukraynanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü davamlı şəkildə pozmasını və Ukrayna ərazisini ilhaq etməsi ilə bağlı qeyri-qanuni iddialarını rədd edirik", - deyə bildirib.
Bəyanatda Ukraynaya hərbi dəstəyin vacib olduğu qeyd olunub:
"Biz kollektiv şəkildə Ukraynanın müdafiəsinə əsas döyüş tankları, ağır artilleriya, hava hücumundan müdafiə, döyüş sursatları və piyada döyüş maşınları daxil olmaqla, görünməmiş ianələrin çatdırılmasını həyata keçirəcəyik. Bu "Tallinn öhdəliyi"ni yerinə yetirdikdən sonra biz yanvarın 20-də Ramşteyndə Ukrayna Müdafiə Qrupu toplantısına gedəcək və digər müttəfiqləri də eyni şeyi etməyə və Ukraynanın qələbəsini təmin etmək üçün ən qısa zamanda dəstək paketlərinə töhfə verməyə dəvət edəcəyik".