Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2023 17:32
Hindistanın Narmada vadisində daşlaşmış skeletlər və dinozavr yumurtaları ilə zəngin olan Lamet formasiyasında Təbaşir dövrünə aid dinozavr yumurtaları aşkar edilib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "PLOS One"da məqalə dərc olunub.
Bildirilir ki, ümumilikdə 92 yuvada 256 dinozavr yumurtası tapılıb.
Yumurtalarda aşkar edilən bəzi patologiyalar, məsələn, yumurtada yumurtanın olması, zauropod - titanozavrlarının quşlara bənzər reproduktiv fiziologiyaya malik olduğunu və onlarda müşahidə edildiyi kimi, ardıcıl olaraq yumurta qoya biləcəyini göstərir.
Eyni ərazidə bir neçə yuvanın olması bu dinozavrların bir çox müasir quşlar kimi kolonial yuva saldıqlarını göstərir. Lakin yuvalar arasındakı məsafənin kiçik olması (dinozavrların özləri üçün az yer qoyduğundan) yetkin dinozavrların yeni doğulmuş balalarını tərk etməsi fikrini dəstəkləyib.
Müəlliflər hesab edirlər ki, onların tapıntısı titanozavrların (və ümumiyyətlə, dinozavrların) reproduktiv vərdişlərinə yenidən baxmağa imkan verir.