Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2023 21:44
"Diplomatik nümayəndəliyin açılması uzun prosesdir, hansı ki, parlamentdə müzakirələrdən keçməlidir və sonra hökumət yekun qərar verməlidir. Bu niyyət haqqında artıq bildirilib".
Sonxeber.net xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov "Türkiyənin Şuşada Baş konsulluğu nə zaman açılacaq?" sualına cavab olaraq bildirib.
"Türkiyə ilə münasibətlərimiz elə səviyyədədir ki, tək Bakı, Gəncə və Naxçıvan yox, Azərbaycanın bütün bölgələrində Türkiyənin diplomatik nümayəndəliklərinin açılması təbii haldır", - səfir vurğulayıb.