Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2023 22:48
Henrix Mixitaryandan sonra daha bir erməni idmançısı təxribata əl atıb.
Sonxeber.net msport.az-a istinadla xəbər verir ki, tennis üzrə "Australian Open" turnirində IV mərhələyə yüksələn Karen Xaçanov kameraya "Möhkəm dayan, Artsax" yazıb.
Bakıda anadan olmuş rusiyalı şərhçi Nobel Arustamyan isə ona təşəkkür edib: "Sağ ol, Karen".
Xatırladaq ki, bundan əvvəl "İnter"in futbolçusu Mxitaryan klubun rəsmi İnstaqram səhifəsinə müsahibəsində "haralısan" sualına cavabında Qarabağı Ermənistan ərazisi kimi göstərən şəkil çəkmişdi.