Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

PSJ-nin ulduzları komanda yoldaşlarını gülüş hədəfinə çevirdilər - VİDEO

PSJ-nin ulduzları komanda yoldaşlarını gülüş hədəfinə çevirdilər - VİDEO

Tarix: 21 Yanvar 2023 12:22

PSJ-nin futbolçuları Lionel Messi, Kilian Mbappe, Neymar və Serxio Ramos "Əl Nəsr" və "Əl Hilal" klublarının birləşməsindən ibarət seçmə komanda ilə yoldaşlıq görüşündən öncə diqqət mərkəzinə düşüblər.

Milli.Az xəbər verir ki, onlar komandanın müdafiəçisi Əşrəf Hakimini oyundan öncəki məşq prosesində xeyli yorublar. İsinmə hərəkətində Messi, Mbappe, Neymar və Ramos, mərkəzdə Hakiminin olduğu "kvadrat" oynayıblar. Parislilərin ulduzları öz aralarında ötürmə ediblər. Mərakeşli müdafiəçinin vəzifəsi topu ələ keçirmək olub.

Bir neçə sürətli və dəqiq ötürmələrdən sonra Hakimi yorulub və PSJ liderlərinin gülüşü altında meydançaya yıxılıb.

Qeyd edək ki, Əl-Nasr/Əl-Hilal ilə oyunda Messi, Mbappe və Ramos qol vurub, Neymar isə penaltini qola çevirə bilməyib. (publika)

Milli.Az


Etiketlər:  PSJ nin ulduzları komanda yoldaşlarını gülüş hədəfinə çevirdilər VİDEO


RƏYLƏR