Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pike Parisdə İrina Şeyklə görüşdü - VİDEO

Pike Parisdə İrina Şeyklə görüşdü - VİDEO

Tarix: 21 Yanvar 2023 13:50

Dünya şöhrətli supermodel İrina Şeyk və futbolçu Jerar Pike ötən axşam Parisdə baş tutan "Chicago Bulls" və "Detroit Pistons" komandaları arasında basketbol oyununda qarşılaşıblar.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, məşhurlar şəkil çəkdirərək bir-birindən uzaqlaşıblar.

Ulduzların görüşü isə "Adore Luxy" "YouTube" kanalında yayımlanan videoya düşüb. 
İrina Şeyk tanınmış idman həvəskarıdır və onu tez-tez oyunlarda görmək olar. Model portuqaliyalı futbolçu Kriştiano Ronaldo ilə sevgili olub.

Cütlüyün münasibətləri 2010-cu ildə "Armani Exchange" reklam şirkəti üçün çəkilişlərdən sonra başlayıb. Lakin beş illik münasibətdən sonra onlar ayrılıblar. 
Jerar Pike son vaxtlar keçmiş sevgilisi müğənni Şakira ilə üstüörtülü qarşıdurması səbəbindən medianın diqqət mərkəzində olub.

Futbolçunun xəyanətini ulduz bağışlaya bilməyib və ona xəyanətinə eyham vurduğu mahnı həsr edib. Mahnıda Şakira Pikenin yeni sevgilisi, 23 yaşlı Klara Çia haqqında xoşagəlməz sözlər danışıb.

Milli.Az


Etiketlər:  Pike Parisdə İrina Şeyklə görüşdü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ