Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Narkotik satışı ilə məşğul olan dəstə üzvləri saxlanıldı

Narkotik satışı ilə məşğul olan dəstə üzvləri saxlanıldı

Tarix: 26 Yanvar 2023 21:50

Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini Rəşad Məmmədov saxlanılıb .

Şöbə əməkdaşları tərəfindən həmin şəxsin üzərinə keçirilən baxış zamanı 226 qrama yaxın heroin və 2 qrama yaxın metamfetamin aşkarlanaraq götürülüb.

Polis əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər bir əməliyyat tədbirləri zamanı rayon sakinləri Hüseyn Heydarov və Seymur Əliyev də saxlanılıblar. Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı isə H.Heydarovdan 90 qramdan artıq, S.Əliyevdən 11 qramdan artıq heroin götürülüb.

Faktlarla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Milli.Az


Etiketlər:  Narkotik satışı ilə məşğul olan dəstə üzvləri saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ