Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təbrizin Şah gölü bağı

Təbrizin Şah gölü bağı

Tarix: 27 Yanvar 2023 08:02

İndi El gölü adlanan və Təbrizin ən böyük parkı sayılan Şah gölü bağının təməli Ağqoyunlu sülaləsinin ilk illərində qoyulub.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, sonrakı illərdə Təbrizin şərq bölgəsində yerləşən əkin və bağ sahələrini suvarmaq üçün Şah gölü bağın ortasında böyük göl tikilib.

Səfəvilər dövründə göl qurudulub torpaqla doldurulsa da, Qacarlar dövründə yenidən bərpa edilib.

Qacar şahzadəsi Abbas Mirzənin oğlu Qəhrəman Mirzənin Təbriz hakimi təyin edilməsindən sonra gölün ortasında ikiqatlı saray tikilib.

Pəhləvi sülaləsi hakimiyyətə gəldikdən sonra Şah gölünün idarəçiliyi bələdiyyəyə tapışırılıb, bağ park kimi ümumi istifadəyə verilib.

Şah gölü bağı tarixi dəyərinə görə 2009-cu il fevralın 15-də 24774 nömrəsi ilə İranın milli əsərləri siyahısında qeydə alınıb.


Etiketlər:  Təbrizin Şah gölü bağı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ