Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2023 08:48
Ukraynadakı böhranın sülh yolu ilə nizamlanması lazımdır, lakin bu, aylar və hətta illər çəkə bilər.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Macarıstan Baş naziri Viktor Orban deyib.
"Məsələləri mürəkkəbləşdirməyin, dərhal atəşkəs lazımdır, bundan sonra sülh danışıqları başlamalıdır, lakin bu, aylar və hətta illər çəkə bilər", - Orban qeyd edib.
Macarıstanın baş naziri Avropadakı siyasi liderlik böhranını da şərh edib:
"İndi Avropa liderləri üçün qitənin öz maraqlarını tanımaq və ifadə etmək çətindir".