Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ"ın yeni transferi sol əlini niyə gizlədir? - VİDEO - FOTO

Tarix: 27 Yanvar 2023 18:20

"Qarabağ" klubu dünən yeni transferi Yassin Benzianı ictimaiyyətə təqdim edib.

Milli.Az xəbər verir ki, klubun rəsmi sosial şəbəkə hesablarında paylaşılan fotolarda əlcəzairli futbolçunun sol əlini gizlətməsi diqqətlərdən yayınmayıb. O, bunu hansı səbəbdən edib?

Futbolçu 2020-ci ildə Fransada avtomobil qəzası nəticəsində sol əlinin işarət barmağını itirib. Bu səbəbdən Benzia 7 ay futboldan uzaq qalıb.

Qeyd edək ki, "Qarabağ"ın onun üçün hazırladığı təqdimat videosunun bir hissəsində yarımmüdafiəçi sol əlini gizlətsə də, ancaq bəzi kadrlarda bu məqam aşkar görünüb. (publika)

Milli.Az


Etiketlər:  Qarabağın yeni transferi sol əlini niyə gizlədir VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ