Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cizgifilmindən ilhamlanıb obyekləri qarət etdilər

Cizgifilmindən ilhamlanıb obyekləri qarət etdilər

Tarix: 27 Yanvar 2023 19:02

Yaponiyada silsilə qarətlər törədən cinayətkar qrupun "One Piece" anime serialından ilham aldığı məlum olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, dəstənin başçısı hazırda Filippindədir və o, özünü Luffi adlandırır. Bu ad məşhur "One Piece" cizgi serialındakı baş qəhrəmana məxsusdur. O, dəniz quldurları komandasının kapitanıdır.

Bildirilir ki, polis həbs edilən şübhəlilərdən götürülmüş telefon qeydlərini təhlil edib və Luffinin istifadə etdiyi mobil telefon nömrəsinin ölkə kodunun Filippinə aid "63" olduğunu müəyyən edib. Ehtimal ki, dəstə başçısı bilavasitə Tokio, Kyoto və Osakadakı çoxsaylı oğurluq hadisələrində iştirak edib.

Filippindəki təşkilatçının hər oğurluqdan əvvəl dəstə üzvlərini cib telefonu vasitəsilə bir araya gətirdiyi güman edilir.

Cinayət şəbəkəsinin Yaponiyada keçən ildən bəri təxminən 40 quldurluq və oğurluğun arxasında dayandığı vurğulanır. İnsanların quldurluq üçün cəlb edilməsi onlayn rejimdə həyata keçirilir. İnternetdə iş axtaranlara dəstəyə üzv olmaq barədə təklif göndərilir.

Milli.Az


Etiketlər:  Cizgifilmindən ilhamlanıb obyekləri qarət etdilər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ