Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gizlənpaç oyunu zamanı gizlənən uşaq 5 gün sonra başqa ölkədə tapıldı - İnanılmaz olay - VİDEO

Gizlənpaç oyunu zamanı gizlənən uşaq 5 gün sonra başqa ölkədə tapıldı - İnanılmaz olay -  VİDEO

Tarix: 28 Yanvar 2023 00:46

Banqladeşdə uşaqların gizlənpaç oyunu zamanı maraqlı hadisə baş verib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, oyun zamanı yaşı 12-15 arası olan Fahim adlı uşaq yük konteynerinin içində gizlənib. Uşaq konteynerin içində yuxulayıb. Bu zaman konteynerlərin qapıları bağlanaraq gəmiyə yüklənib. Məlumata görə, gəmi Malaziyaya üzüb. 5 gün sonra heyət üzvləri konteynerin içində uşağın olduğunu müəyyən edərək, onu xilas ediblər. Məlumata görə, 5 gün ac və susuz qalan uşaq taqətdən düşsə də onun həyatı üçün təhlükə yoxdur. Uşaq yenidən Banqladeşə qaytarılıb.

Milli.Az


Etiketlər:  Gizlənpaç oyunu zamanı gizlənən uşaq 5 gün sonra başqa ölkədə tapıldı İnanılmaz olay VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ