Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2023 19:06
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın dünənki brifinqi ermənilərin təhqiramiz şərhləri ilə müşayiət olunub.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə rusiyalı hərbi ekspert, rus ordusunun təqaüdçü polkovniki İqor Korotçenko məlumat verib.
Ekspert Rusiya vətəndaşlarını ölkə bazarlarında satılan Ermənistan yox, Azərbaycan məhsullarını almağa çağırıb:
"Yenə mağazaya nar şirəsi almağa getdim. Piştaxtada bu şirələrin iki növü var: Azərbaycan və Ermənistandan. Rus alıcı bu ikisindən hansını seçməlidir və onu hansı siyasi və istehsalçı xüsusiyyətləri müşayiət etməlidir?
Rusiyaya qarşı dost siyasət yürüdən ölkədən məhsul almaq istəyirəm.
Rusiya Xarici İşlər Nazirliyinin Avropa Birliyinin Ermənistandakı müşahidə missiyası ilə bağlı son bəyanatına əsasən, bu, rəsmi İrəvanın Rusiyanın milli maraqlarına uyğun olmayan qərarıdır. Bu o deməkdir ki, mən (və Rusiya Federasiyasının hər hansı digər vətəndaşı) bu ölkənin istehsalçılarını dəstəkləməyəcəm və onun məhsullarını almayacam. Ona görə də mən erməni nar şirəsini almıram, Azərbaycanınkını alıram.
Vətəndaşları və milli diasporları Rusiya rəsmilərinin nöqteyi-nəzərlərinə hörmətlə yanaşan bir ölkədən məhsul almaq istəyirəm.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın dünənki brifinqi Ermənistan vətəndaşlarının sosial şəbəkələrdə onun ünvanına səsləndirdiyi təhqiramiz şərhləri ilə müşayiət olundu. Bu o deməkdir ki, mən (Rusiya Federasiyasının hər hansı digər vətəndaşı) bu ölkənin istehsalçılarını dəstəkləməyəcəm və onun məhsullarını almayacam. Ona görə də mən erməni nar şirəsini almıram, Azərbaycanınkını alıram.
Rəhbərləri Qərb kəşfiyyat orqanlarının qucağına girməyə tələsməyən ölkədən məhsul almaq istəyirəm.
Mərkəzi Kəşfiyyat İdarəsinin və MI6-nın (Britaniya kəşfiyyatı) rəhbərləri bu yaxınlarda İrəvana səfər ediblər, onları Ermənistan Baş naziri Nikol Paşinyan şəxsən qəbul edib. Bu o deməkdir ki, mən (və Rusiya Federasiyasının hər hansı digər vətəndaşı) bu ölkənin istehsalçılarını dəstəkləməyəcəm və onun məhsullarını almayacam. Ona görə də mən erməni nar şirəsini almıram, Azərbaycanınkını alıram.
Bilirəm ki, dünyanın ən yaxşı narı Azərbaycanda yetişir. Buna əlavə olaraq, Azərbaycanda istehsal olunan nar şirəsi alıram.
Keçən dəfə Azərbaycan şirəsini seçdiyimə görə Feysbuk Kaliforniya və Marseldən gələn şikayətlərdən sonra məni erməni şirəsinə "nifrət etməkdə" günahlandırdı. Yəqin indi də MKİ və MI6 tərəfindən "soyqırımı"nda ittiham olunuram".
Korotçenko Zaxarovaya qarşı təhqir və təhdidlərə görə Rusiyadakı erməni diasporunun rəhbərlərinə ritorik sual da ünvanlayıb:
"Rusiya Erməniləri İttifaqı öz soydaşlarının Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovaya qarşı kobud ifadələrini qınayacaqmı? Yoxsa necə? Ara Abramyan, mənə cavab verin".
Ara Abramyan iş adamı, Rusiya Erməniləri İttifaqının rəhbəridir.