Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Daha 100 Quran yandırmaq lazımdır'' - Partiya sədri

''Daha 100 Quran yandırmaq lazımdır'' - Partiya sədri

Tarix: 29 Yanvar 2023 15:10

İsveç Demokratik Partiyasının sədri Rixard Yomshof Ankaranın qəzəbli reaksiyasına cavab olaraq Türkiyəni daha 100 Quranı yandırmaqla hədələyib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, o bildirib ki, söhbət NATO-ya daxil olmaqdan deyil, söz və ifadə azadlığından gedir.

Eyni zamanda siyasətçi sözlərinin və hərəkətlərinin Alyansa qoşulmaqdan imtinaya səbəb ola biləcəyindən təəssüfləndiyini bildirib.

"Türkiyənin İsveçdəki səfirliyi qarşısında Rasmus Paludanın Quranı yandırmasına Türkiyənin reaksiyasını əsassız hesab etsək, buna daha yüz Quran yandırmaqla cavab verilməlidir. Siz küfr edə bilərsiniz, ya da təhqir edə bilərsiniz. Bu fikir və ifadə azadlığının bir hissəsidir", - deyə o bəyan edib.

Yomshof bildirib ki, söz azadlığı İsveçin NATO-ya üzv olmasından daha vacibdir.

Eyni zamanda o, İsveç bayrağının yandırılmasını cinayətlə eyniləşdirməyi təklif edib. Onun fikrincə, ölkə xalqı bayraq ətrafında birləşməlidir.


Etiketlər:  Daha Quran yandırmaq lazımdır Partiya sədri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ