Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nadir Qafarzadədən aparıcılara irad

Nadir Qafarzadədən aparıcılara irad

Tarix: 31 Yanvar 2023 15:00

"Həmişə gəlinimdən danışıram və qınaq obyektivinə çevrilirəm. Oğlumun xasiyyəti tam başqadır. Heç toyunda fotosessiya etdirmədi. Xanımı da onu bu halı ilə sevir. Heç sevmir xanımının fotosunu paylaşım. Paylaşıram, əsəbiləşir. Ona izah edirəm ki, sevgidən edirəm. Qızım yoxdur, indi qızım var. Onları reklam üçün paylaşmıram. Onu örnək bir ailə tablosu kimi yayımlayıram, belə də qəbul etsinlər".

Sonxeber.net xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında müğənni Nadir Qafarzadə deyib. Oğlu Loğmanın və gəlini Əntiqənin şəkillərini sosial şəbəkədə yayımlamaqdan danışan sənətçi öladının ona irad bildirdiyini etiraf edib. 

Sosial şəbəkədə tez-tez aqresiv paylaşımlar edən və silən Qafarzadə "Mən beləyəm, xasiyyətimi bilirsiniz. Kinim yoxdur. Ola bilsin əsəbiləşim, sonra üzr istəyərəm. Məndən heç kim inciməsin" sözlərini söyləyib.

İfaçı verilişlərə qatılmağı sevmədiyini söyləyib: 

"Hamı öz işindədir. Əvvəl telekanallara gedirdik, indi sosial şəbəkədir. Verilişlərin marağı yoxdur. Onların də dadı-duzu qalmayıb. Eyni suallar verirlər... Bir mahnı ilə necə eyni verilişə gedək?".


Etiketlər:  Nadir Qafarzadədən aparıcılara irad


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ