Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2023 10:36
Azərbaycan Mərkəzi Bankı bu il inflyasiyanın 8 % civarında olacağını proqnozlaşdırıb.
Sonxeber.net xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib. "Ümumilikdə illik inflyasiya azalmaya meyil göstərsə də, onun proqnozlaşdırılan səviyyəsi hədəf göstəricisini üstələməkdə davam edir. Yenilənmiş proqnozlara görə, baza ssenari üzrə fərziyyələr sabit qalarsa, 2023-cü ildə illik inflyasiyanın 8 % ətrafında olacağı gözlənilir", - AMB-nin açıqlamasında qeyd edilib.