Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakının mərkəzində əməliyyat, avtoritet tutuldu - FOTO

Bakının mərkəzində əməliyyat, avtoritet tutuldu - FOTO

Tarix: 2 Fevral 2023 12:28

Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq "Kalaşnikov" markalı avtomat gəzdirən şəxs saxlanılıb.

Milli.Az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin keçirdiyi əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş İmişli rayon sakini Qasıməli Qasımov tutularaq istintaqa təqdim edilib. Ondan 1 ədəd "Kalaşnikov" markalı avtomat, 3 ədəd patron və həmin silaha məxsus 1 ədəd daraq aşkar edilib. Qasıməli Qasımov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Saxlanılan şəxs kriminal çevrələrdə "Qara İmişlinski" adı ilə tanınır.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az


Etiketlər:  Bakının mərkəzində əməliyyat avtoritet tutuldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ