Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Klaus Yohannis: Rumıniya Azərbaycanla strateji tərəfdaşlığı dərinləşdirməyə hazırdır

Klaus Yohannis: Rumıniya Azərbaycanla strateji tərəfdaşlığı dərinləşdirməyə hazırdır

Tarix: 2 Fevral 2023 21:09

Rumıniya ilə Azərbaycan 30 il ərzində gözəl diplomatik və siyasi münasibətlərə malikdir. 2022-ci ildə bunun çox güclü bir dinamikası baş verdi və Azərbaycan Prezidenti Buxarestə səfər etdi. Həmin səfər zamanı biz Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair Saziş imzaladıq.

Bu barədə Rumıniya Prezidenti Klaus Yohannis Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatında bildirib.

Klaus Yohannis Rumıniyanın Azərbaycanla strateji tərəfdaşlığı dərinləşdirməyə və mühüm strateji əhəmiyyətə malik regional layihələrin icrasına, enerji, ticarət, sərmayə qoyuluşu, rəqəmsallaşma və kənd təsərrüfatı sahələrində əməkdaşlığa hazır olduğunu deyib.

Milli.Az


Etiketlər:  Klaus Yohannis Rumıniya Azərbaycanla strateji tərəfdaşlığı dərinləşdirməyə hazırdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ