Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bərdədə ağır qəzada ölənlərin adları məlum oldu

Bərdədə ağır qəzada ölənlərin adları məlum oldu

Tarix: 3 Fevral 2023 09:26

Bərdə rayonunda ağır yol qəzasında ölən və yaralıların adları məlum olub.

Milli.Az bildirir ki, Yevlax-Ağdam-Laçın yolunun qapalı təmir olunan 37-ci km-də Bərdə rayonu Qaradəmirçi kənd sakini, 1998-ci il təvəllüdlü Quliyev Ceyhun Arif oğlunun idarə etdiyi VAZ-21214 markalı 90-EA-774dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonu istiqamətində hərəkətdə olan zaman qarşıdan gələn Bərdə rayonu Mirzəcəfərli kənd sakini, 1995-ci il təvəllüdlü Baxşəliyev İlkin Məhərrəm oğlunun idarə etdiyi "Mersdes Benz" markalı 34-BG-302 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Nəticədə hər iki sürücü və "Mersdes Benz" markalı avtomobildə olan sərnişinlər Bərdə rayonu Mircəfərli kənd sakinləri 1972-ci il təvəllüdlü Kərəmova Xalidə İsa qızı, 1968-ci il təvəllüdlü Baxşəliyev Məhərrəm Nüsrət oğlu, 1998-ci il təvəllüdlü Baxşəliyeva Məftunə Məhərrəm qızı hadisə yerində ölüb.

2001-ci il təvəllüdlü Baxşəliyeva Fəridə Məhərrəm qızı müxtəlif bədədn xəsarətləri alaraq Bərdə rayon diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı YNDHİ üzrə İstintaq və Təhqiqat şəbəsində araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Bərdədə ağır qəzada ölənlərin adları məlum oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ