Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident: Biz qaz təchizatının artırılması ilə bağlı əlavə imkanların yaradılması haqqında düşünürük

Prezident: Biz qaz təchizatının artırılması ilə bağlı əlavə imkanların yaradılması haqqında düşünürük

Tarix: 3 Fevral 2023 11:51

Azərbaycan qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə Anlaşma Memorandumunun imzalanmasından sonra fəal şəkildə əlavə imkanların yaradılması haqqında düşündü.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.

"Hazırda biz bu il yeni yataqlardan məhz hasilatı gözləyirik və mövcud "Şahdəniz" yatağında hasilatın artırılması birmənalı olaraq gündəlikdədir. Biz, həmçinin daxildə enerji səmərəliliyi haqqında düşünürük. Biz itkilərin azaldılması proqramı üzərində çalışırıq", - deyə Azərbaycan Prezidenti qeyd edib.

Milli.Az


Etiketlər:  Prezident Biz qaz təchizatının artırılması ilə bağlı əlavə imkanların yaradılması haqqında düşünürük


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ