Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev: Əminəm ki, Rumıniya və Macarıstan yaşıl enerjinin son nöqtəsi olmayacaq

İlham Əliyev: Əminəm ki, Rumıniya və Macarıstan yaşıl enerjinin son nöqtəsi olmayacaq

Tarix: 3 Fevral 2023 13:06

Bərpaolunan enerji bizim planlarımızın bir hissəsidir. Üç əsas enerji şirkəti ilə razılaşdıq və anlaşma memorandumu imzaladıq ki, biz 25 qiqavat həcmində bərpaolunan enerji resursları əsasında həm quruda, həm dənizdə külək və günəş enerjisi istehsal edək. Bu, çox böyük potensialdır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.

Qara dənizin dibi ilə kabelin çəkilməsi barədə işlərin planlaşdırılmasının da önəmini vurğulayan dövlətimizin başçısı bildirib: "Bu da Avropadakı tələbatla əlaqələndirilməlidir. Beləliklə, biz potensial əməkdaşlığımızı Avropa qitəsində görəcəyik. Əminəm ki, Rumıniya və Macarıstan yaşıl enerjinin son nöqtəsi olmayacaq".


Etiketlər:  İlham Əliyev Əminəm Rumıniya Macarıstan yaşıl enerjinin nöqtəsi olmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ