Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təhsil sektorunun əməkdaşı yol qəzasında öldü

Təhsil sektorunun əməkdaşı yol qəzasında öldü

Tarix: 4 Fevral 2023 22:32

Bu gün Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Susay kəndi ərazisində qeydə alınıb. Belə ki, "VAZ-21015" markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində sürücü Elşən Qasımov ölüb, avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzada həyatını itirən Elşən Qasımov Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun əməkdaşıdır.

Milli.Az


Etiketlər:  Təhsil sektorunun əməkdaşı qəzasında öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ