Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şerif İsmail vəfat edib

Şerif İsmail vəfat edib

Tarix: 5 Fevral 2023 21:36

Ötən gecə Misirin sabiq Baş naziri Şerif İsmail vəfat edib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Şerif İsmail uzun sürən xəstəlikdən sonra şənbə gecəsi Qahirədə 86 yaşında həyatını itirib.

Sabiq Baş nazirlə vida mərasimi paytaxtın Yeni Qahirə rayonunda marşal Hüseyn Tantavi adına məsciddə keçirilib. Vida mərasimində Misir Prezidenti Abdel Fəttah as-Sissi, Baş nazir Mustafa Matubli və digər yüksək vəzifəli şəxslər iştirak ediblər. Abdel Fəttah as-Sissi Şerif İsmailin mürəkkəb dövrdə Misirə böyük əmək və şərəflə xidmət etdiyini, xalqın bunu yüksək qiymətləndirdiyini bildirib.


Etiketlər:  Şerif İsmail vəfat edib


RƏYLƏR