Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ərdoğanla danışdım, yardım göndəriləcək''

''Ərdoğanla danışdım, yardım göndəriləcək''

Tarix: 6 Fevral 2023 23:24

İsrailin Prezidenti İsxak Hersoq türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə İsrail Prezidenti "Twiitter" hesabında paylaşım edib.

"Türtkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək zəlzələdən sonra dəstəyimi ifadə etdim. İsrail xalqı adından və öz adımdan həlak olanlarla bağlı başsağlığı verim və zəlzələnin fəsadlarının aradan qaldırılması üçün xilasetmə qrupunun yola düşəcəyini bildirdim. Prezident Ərdoğan bu dəstəyə görə, minnətdarlığını bildirib və bu çətin günlərdə dostu Türkiyənin yanında olduğu üçün İsrailə təşəkkür edib", - deyə İsxak Hersoq bildirib.


Etiketlər:  Ərdoğanla danışdım yardım göndəriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ