Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qolaltı antiperspirantların ziyanı - Kimlərə olmaz?

Qolaltı antiperspirantların ziyanı -  Kimlərə olmaz?

Tarix: 7 Fevral 2023 22:18

Tərə qarşı müasir antiperspirantlar artıq yayda yox, bütün fəsillərdə nəinki qadın və kişilərin, hətta yeniyetmələrin də gündəlik gigiyenik vasitəsinə çevrilir.

Medicina.az xəbər verir ki, antiperspirant tər vəzilərini bloklayır, tərləmənin qarşısını alır.

Həkimlər ciddi əks göstərişlərin olmadığını bildirsə də, bəzi adamlar üçün tər vəzilərinin belə bloklanması sağlamlıq üçün təhlükəli ola bilər.
"Əgər bir şəxs antiperspirantı çəkdikdən sonra qızarma, qaşınma, şişkinlik, allergiya varsa, bu o deməkdir ki, ya bu məhsul insana uyğun deyil, daha hiperallergik vasitə almalıdır, ya da ümumilikdə allergik reaksiya var.

Qolaltında irinli səpkilər, irinli iltihabi proses keçirənlər - adətən bu ülğücdən sonra olur - antiperspirant istifadə etməməlidir. Əks təqdirdə piy vəzilərində irinli proses təkrarlana bilər.

Uşaq və yeniyetmələrə, süd vəzində problem olanlara, hamilə və südverənlərə kimyəvi tərkibli deodorantlar istifadə etmək olmaz.

Dermatoloq Daniel Protopopov bildirib ki, əgər insanda ifrat tərləmə və kəskin qoxu yoxdursa, hər gün qolaltına blok edici vasitələri çəkməyə gərək yoxdur. Sadəcə gündə 2 dəfə qolaltını təmiz yuyub qurulamaq kifayətdir.
Həddən artıq tərləmə isə xəstəlikdir və onun müalicəsi lazımdır.

Milli.Az


Etiketlər:  Qolaltı antiperspirantların ziyanı Kimlərə olmaz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ