Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2023 18:40
Məşhur aktyor Kerem Bürsin Türkiyədə baş verən dəhşətli zəlzələ ilə bağlı çağırış edib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, aktyor sosial media hesabında yardım istəyib:
"Hər kəsə salam... Artıq bildiyiniz kimi, fevralın 6-da Türkiyənin 10 şəhərində 7,7 və 7,5 bal gücündə iki zəlzələ baş verib. Demək olar ki, zəlzələ 14 milyon insana birbaşa təsir edib. Zəlzələ nəticəsində 10 minə yaxın bina dağıldı. Ediləcək bütün köməkləri gözləyirik. Bu videonun altında sizə kömək edə biləcəyiniz yerlərə keçidlər görəcəksiniz. Beləliklə, bütün lazımi ehtiyacları təmin edə bilərik. Kömək etmək istəyən və kömək edən bütün xalqlara təşəkkür edirəm".