Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zəlzələdə itkin düşən 4 Azərbaycan vətəndaşının yeri müəyyən edilib

Zəlzələdə itkin düşən 4 Azərbaycan vətəndaşının yeri müəyyən edilib

Tarix: 10 Fevral 2023 22:42

Türkiyədə zəlzələ zamanı itkin düşən 4 Azərbaycan vətəndaşının yeri müəyyən edilib.

Bu barədə Sonxeber.net-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

"Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin həyata keçirdiyi araşdırma nəticəsində haqlarında məlumat alına bilinməyən 4 Azərbaycan vətəndaşının - Səfərov Fuad Ziyad oğlu, Əsgərov Həsənqulu Elşad oğlu, Qarayev Nicat Zaur oğlu və Vəliyev Namaz Allahverdi oğlunun Malatya Geri göndərmə mərkəzində olduqları müəyyən edilib. Səfirlik əməkdaşları tərəfindən sözügedən Azərbaycan vətəndaşları ilə görüş keçirilib. Vətəndaşlar səhhətlərinin normal olduğunu bildiriblər", - deyə XİN-dən bildirilib.


Etiketlər:  Zəlzələdə itkin düşən Azərbaycan vətəndaşının yeri müəyyən edilib


RƏYLƏR