Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyəli geofizikin Bakı ilə bağlı zəlzələ proqnozuna ekspertdən cavab

Türkiyəli geofizikin Bakı ilə bağlı zəlzələ proqnozuna ekspertdən cavab

Tarix: 11 Fevral 2023 21:14

Türkiyənin "FOX TV" telekanalına açıqlama verən geofizik Tuncay Taymazın "Bakıdan Kiprə qədər tektonik yerdəyişmələr olacaq" deməsi neçə gündür ki, insanlar arasında  təşviş yaradıb.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, o, Türkiyədə baş verən zəlzələləri təhlil edən zaman paytaxtımızda da zəlzələ baş verə biləcəyini vurğulayıb.
Ekoloq-seysmoloq Ənvər Əliyev mövzu ilə bağlı bildirdi ki, Bakı da  həmin dalğanın üstündədir:" Bakı da, İran da dalğanın üstündədir. Bu bir nöqtə deyil. Burada filan nöqtədə zəlzələ olacaq demək çətindir. Əvvəlcədən heç vaxt danışa, fikir söyləyə bilmərəm. Bunun məsuliyyətini daşımıram. Təsəvvür edin ki, iki nəhəng  kütlə baş başa dayanıb, bir-birini sıxır. Heç kim bilmir ki, bunun hansı qabağa gələcək. Bunun mahiyyətini bilən hər kəs hər sözünün məsuliyyətini daşıyır. Sadəcə olaraq onu deyə bilrərəm ki, narahatlıq yoxdur. Bakıda heç vaxt 8-9 bal gücündə zəlzələ olmayıb, inşallah bundan sonra da olmaz".


Etiketlər:  Türkiyəli geofizikin Bakı ilə bağlı zəlzələ proqnozuna ekspertdən cavab


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ