Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2023 14:08
Ancelina Coli dəhşətli zəlzələnin baş verdiyi Türkiyə və Suriyayla bağlı daha bir paylaşım edib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, o bu dəfə faciənin görüntülərini izləyiciləri ilə bölüşərək dəstək istəyib:
"Ürəyim Suriya və Türkiyə xalqıyladır. Bu anda bir çox ailənin əziyyət çəkdiyi ağlasığmaz ağrıları anlamaq çətindir. Bu görüntüləri mənə Suriyanın şimal-qərbindən bir dostum göndərdi. Mən iki fonda dəstək olmağı seçdim. Ümid edirəm ki, başqaları da dəstək verməyi düşünər və insanların həyatını qurtarmağa yardım edər".
Qeyd edək ki, hər iki zəlzələdə ümumilikdə 35 mindən çox insan həlak olub.