Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2023 03:22
Pensilvaniya İnformasiya Elmləri və Texnologiyaları Kollecinin alimləri Keniyada hamilə qadınlara ilk yardım vaxtını 12% azalda bilən süni intellektlə işləyən təcili çağırış aləti hazırlayıblar.
Bu ölkədə ana və körpə ölümlərinin təxminən üçdə biri hamilə qadınların vaxtında tibbi yardım almaması ilə bağlıdır.
"TRIage" adlı alət qadınların mesajlarını emal etmək üçün süni intellektdən istifadə edir. Mesajda təhlükə əlamətləri varsa, onlar fövqəladə hallarda yardım göstərə biləcək kiçik bir komandaya ötürülür.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, sistemin tətbiqi hamilə qadınlara və gənc analara yardımın çatma müddətini 12% azaldıb. Orta hesabla, tibbi dəstək işçisi sorğudan sonra bir saat ərzində onlarla əlaqə saxlayıb. Qadınların 85% -i həqiqətən xəstəxanaya yerləşdirməyə ehtiyac duyub ki, bu da sistemin düzgünlüyünü təsdiqləyib.
Bu alətdən hazırda Keniyada 350 mindən çox qadın istifadə edir. Onlar hər ay bir milyona yaxın mesaj göndərirlər ki, bu da tibbi dəstək işçilərinin öhdəsindən gələ biləcəyindən qat-qat çoxdur.