Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kiyev səmasında naməlum uçan obyekt görünüb

Kiyev səmasında naməlum uçan obyekt görünüb

Tarix: 15 Fevral 2023 08:14

Kiyev səmasında naməlum uçan obyekt görünüb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ukraynanın "Strana" nəşri məlumat yayıb. Fevralın 14-də Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının nümayəndəsi Yuri İqnat Ukrayna ərazisi üzərində hava şarlarının qeydə alındığını bildirib.

İqnatın sözlərinə görə, onların Rusiya Federasiyası ərazisindən göndərildiyi iddia edilir.

Fevralın 12-də ABŞ ordusu dördüncü hava şarını vurub.

Buraya ABŞ-ı keçən və Atlantik okeanı üzərində ələ keçirilmiş Çin şarı daxildir.

ABŞ səlahiyyətliləri hava şarının casusluq məqsədilə buraxıldığını bildirib.

Pekin, öz növbəsində, bunun itirilmiş mülki hava şarı olduğunu iddia edir.


Etiketlər:  Kiyev səmasında naməlum uçan obyekt görünüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ