Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Braziliya millisinin yeni baş məşqçisi bəlli olub

Braziliya millisinin yeni baş məşqçisi bəlli olub

Tarix: 15 Fevral 2023 18:46

Futbol üzrə Braziliya millisinin yeni baş məşqçisi açıqlanıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu vəzifəyə Ramon Menezes təyin edilib. O, hələlik baş məşqçinin səlahiyyətlərini yerinə yetirəcək.

51 yaşlı mütəxəssis bundan əvvəl ölkəsinin 20 yaşadək futbolçulardan ibarət yığmasına başçılıq edib. Komanda onun rəhbərliyi altında öz yaş qrupu üzrə son dünya çempionatının qalibi olub.

Qeyd edək ki, Ramon Menezes bu postda DÇ-2022-dən sonra istefa verən Titeni əvəzləyib.

Milli.Az


Etiketlər:  Braziliya millisinin yeni baş məşqçisi bəlli olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ