Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur aktyor sağalmaz xəstəliyə YOLUXDU

Məşhur aktyor sağalmaz xəstəliyə YOLUXDU

Tarix: 17 Fevral 2023 10:45

"Die Hard" (Çətin ölüm) filminin məşhur ulduzu Brüs Uillisə (Bruce Willis) Afaziya diaqnozu (Afaziya - çox vaxt ağır beyin travmasından sonra baş verən bir pozğunluq) qoyulub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, amerikalı aktyorun ailəsi səhhəti ilə bağlı yeni açıqlama verib.

Ailəsinin sözlərinə görə, Brüs Uillisə davranış və şəxsiyyət dəyişiklikləri, təfəkkür, dil və hərəkət pozğunluğu əlamətlərini göstərən frontotemporal demensiyadan əziyyət çəkirdi.

68 yaşlı ABŞ aktyoru Brüs Uillis aktyorluğuna təsir edən afaziya diaqnozu qoyulduqdan sonra karyerasından uzaqlaşacağını açıqlayıb.

Uillisə dəqiq diaqnoz qoyulduğu üçün rahatlaşdıqlarını ifadə edən ailə, frontotemporal demansın 60 yaşlarında insanlarda çox rast gəlinən bir xəstəlik olduğunu bildirib. Bu gün xəstəliyin müalicəsi olmadığı halda, ailə bu vəziyyətin yaxın günlərdə dəyişə biləcəyinə ümidli olduqlarını deyib.

Qeyd edək ki, 68 yaşlı aktyora ötən ilin martında afaziya diaqnozu qoyulmuşdu . Məlumdur ki, afaziya beynin dil və nitqə cavabdeh olan nahiyələrinin zədələnməsi nəticəsində nitq pozğunluğu şəklində özünü göstərir.

Milli.Az


Etiketlər:  Məşhur aktyor sağalmaz xəstəliyə YOLUXDU


RƏYLƏR