Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2023 22:10
"Qarabağ" Azərbaycanın UEFA reytinqində 2022/23 mövsümü üçün xal ehtiyatını artırıb.
Sonxeber.net Qol.az-a istinadən xəbər verir ki, Ağdam yəmsilçisi buna Konfrans Liqasının pley-off mərhələsində "Gent"lə Bakıdakı ilk matçda qalib gəlməklə bacarıb. Nəticədə Azərbaycanın UEFA reytinqindəki xal ehtiyatına 0.500 xal əlavə olunub. Bu mövsümdəki ümumi xal qaazancımız 4 xala çatıb.
Azərbaycan son beş mövsümün yekunlarına əsasən hesablanan reytinq siyahısında 16.625 xalla 29-cudur. 28-ci yerdəki Polşanın 18.750, 30-cu olan Qazaxıstanın 12.625 xalı var.
Siyahıda lider 103.284 xalı olan İngiltərədir. İspaniya (89.284) ikinci, Almaniya (79.731) üçüncüdür.
Qeyd edək ki, "Qarabağ"la "Gent" arasında cavab oyunu fevralın 23-də Belçikada olacaq. Görüş Bakı vaxtıilə saat 00:00-da başlayacaq.