Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2023 23:06
Hatayda zəlzələ nəticəsində Fövqəladə Hallar Nazirliyinin xilasedicələri arasında xəsarət alan yoxdur.
Sonxeber.net "report"a istinadən bildirir ki, bunu Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsinin baş məsləhətçisi Turqay Abbaslı deyib.
"Bildiyiniz kimi, bir necə dəqiqə əvvəl Türkiyənin Hatay şəhərində güclü zəlzələ baş verdi. Zəlzələ nəticəsində Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin arasında xəsarət alan olmayıb. Hazırda qüvvələrimiz tərəfindən axtarış-xilasetmə işləri davam etdirilir", - FHN rəsmisi vurğulayıb.
Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal maqnitudalı zəlzələ baş verib.