Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aktyorlardan vida mərasiminin teatrda olmamasına ETİRAZ - VİDEO

Aktyorlardan vida mərasiminin teatrda olmamasına ETİRAZ - VİDEO

Tarix: 22 Fevral 2023 10:45

Xəbər verdiyimiz kimi, Xalq artisti Ramiz Novruz uzun sürən xəstəlikdən sonra ötən gün 67 yaşında dünyasını dəyişib. 

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, aktyorla vida mərasiminin Akademik Milli Dram Teatrında keçiriləcəyi deyilsə də, daha sonra məkan dəyişib. Sənət dostları mərhumla vidalaşmaq üçün onun evinə yığışıb. Bu isə bir çox aktyorun narazılığına səbəb olub. 

Xalq artisti Əli Nur Ramiz Novruzla vida mərasiminin teatrda keçirilməməsini tənqid edib:

"Ramiz Novruzun vəfatı teatr üçün faciədir. Ədil İsgəndərovun tələbəsi olub. Ramiz Novruz, Nürəddin Mehdixanlı, Firəngiz Mütəllimova, İlham Əsgərov, Zemfira Nərimanova, Telman Adıgözəlov,  Bəsti Cəfərova teatra yeni ab-hava gətirdilər. Plastika gətirdilər. Akademik Milli Dram Teatrını çiynində aparıb. Həzi Aslanov obrazı yaradan insandır. Baş sütundur. Onu belə dəfn etməyi qəbul etmirəm. Vaxt var idi Akademik Milli Dram Teatrında Əməkdar artistləri çiynimizdə aparıb dəfn edirdik. Azərbaycanın Xalq artistidir, xalqın ən sevimli, böyük aktyorudur. İntelekti ilə fərqlənib. Sənət dostları yığışın, vidalaşın, ürəyinizdən keçənləri deyin. Ramiz Novruzdan böyük aktyorumuz yoxdur". 

Əməkdar artist Sevinc Əliyeva isə teatrlarda aktyorlarla vida mərasiminin keçirilməsinin qadağan olunduğunu deyib:

"Aktyora qiymət vermirlər, evindən götürürlər. O, Xalq artistidir, onu teatrdan götürmək lazım idi. Nə qədər sevəni teatrın qarşısına yığışmışdı. Tamaşçılar qapının ağzında durmuşdular. Aktyorları dünyasını dəyişəndə teatrdan götürməyi qadağan ediblər. Nə üçün? Bu, ciddi məsələdir. Hər bir aktyora qarşı bunu etmək olmaz. Xüsusi qurumlardan xahiş edirəm ki, bir yer ayrılsın ki, tamaşaçısı dünyasını dəyişən aktyorla vidalaşa bilsin".

Milli.Az


Etiketlər:  Aktyorlardan vida mərasiminin teatrda olmamasına ETİRAZ VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ