Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranda idman nazirinin olduğu vertolyot qəzaya düşdü - Ölən var - FOTO

İranda idman nazirinin olduğu vertolyot qəzaya düşdü - Ölən var - FOTO

Tarix: 23 Fevral 2023 17:46

17:44

İranda helikopter qəzasında bir nəfər həlak olub.

APA xəbər verir ki, idman nazirinin müşaviri İsmayıl Əhmədi həyatını itirib.

-------

17:17

İranda içərisində idman nazirinin olduğu vertolyot qəzaya uğrayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İRNA məlumat yayıb.

Hadisə şahidlərinin dediyinə görə, vertolyot eniş edərkən idarəetməni itirib.

İdman naziri Seyid Həmid Səccadinin vəziyyəti stabildir. O və digər sərnişinlər yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Milli.Az


Etiketlər:  İranda idman nazirinin olduğu vertolyot qəzaya düşdü Ölən var FOTO


RƏYLƏR