Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Surə Rüfətin “Səninləyik, Türkiyə!” adlı solo konserti təşkil olunub - FOTO

Surə Rüfətin “Səninləyik, Türkiyə!” adlı solo konserti təşkil olunub - FOTO

Tarix: 25 Fevral 2023 19:51

Fevralın 24-də  Kamera və Orqan Musiqisi zalının səhnəsində  "Gənclərə dəstək" layihəsi çərçivəsində Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdi Respublika və Beynəlxalq müsabiqələr laureatı Surə Rüfətin (Əməkdar müəllim, professor Fatimə İdiyatulinanın sinfi) "Səninləyik, Türkiyə!" adlı solo konserti təşkil olunub.

Gecənin əvvəlində Qardaş Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində yaralanan şəxslərə şəfa diləyir, həyatını itirənlərin isə ruhunu bir dəqiqəlik sükutla yad edilib.

Musiqili gecədə Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Svetlana Əhmədova (piano), bədii qiraətçi Pərvanə Talıbova, Respublika və Bəynəlxalq müsabiqələr laureaları ŞəfəqAbdullayeva (orqan), Toğrul Məmmədov (piano) öz çıxışlarını dinləyicilərə təqdim ediblər.

Proqramda Azərbaycan və Qərbi-Avropa bəstəkarlarının əsərləri səslənib.
Sonda Türkiyənin Azərbaycandakı Səfirliyinin nümayəndələri konsert iştirakçıları və təşkilatçılarına öz minnətdarlığlarının bildiriblər.

Milli.Az


Etiketlər:  Surə Rüfətin Səninləyik Türkiyə adlı solo konserti təşkil olunub FOTO


RƏYLƏR