Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2023 04:06
Orqanizmdə baş verən revmatik proses 5% halda böyrəklərin zədələnməsi ilə baş verir. Bu zaman böyrək zədələnməsi vaskulit formasında müşahidə olunur. Revmatizmin aktiv fazasında damarların iltihabı prosesi nəticəsində onların keçiriciliyi artır. Əsas dəyişikliklər paycıq arteriyalarında və gətirici yumşaq arteriolasında baş verir. Sonrakı dövrdə isə onlarda sklerotik dəyişikliklər başlayır.
İzolə olunmuş sidik sindromu revmatizm zamanı ən çox təsadüf olunan simptomdur. Amma kəskin revmatizmdə streptokokk infeksiyası dövründə kəskin böyrək zədələnməsi, keçici infeksion nefrit formasında olur. Təkrari revmatik hücumlardan sonra latent nefrit baş verə bilir ki, bu zaman mülayim, daimi sidik sindromu müşahidə olunsa da, xəstələrdə heç bir şikayət olmur. Bu sindromlara aiddir:
- proteinuriya
- mikrohematuriya.
Reaktiv diffuz qlomerulonefrit, bütün qlomerulonefrit növlərinin arasında 1% təşkil edir. Bu zaman böyrəklərin qatılaşdırma funksiyası enir, nefroskleroz baş verir.
Çox hallarda revmatik nefriti ürək çatışmamazlığı nəticəsində baş verən durğun böyrək sindromundan ayırmaq lazım gəlir. Durğun böyrək üçün xarakterikdir:
- eritrosituriya
- sidik əlamətlərinin qeyri-stabil olması.
Revmatizm xəstələrinin 1/3 hissəsində böyrək infarktı tapılır. Revmatizm ilə xəstələrdə böyrək simptomları, bəzən davamlı septik endokardit ilə əlaqədar olur.
Xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir.
Müalicə:
Revmatizm səbəbli böyrək zədələnməsi zamanı ilk növbədə revmatizm müalicə olunur. Böyrəklərdəki patologiyaların aradan qalxması üçün kiçik doza kortikosteroidlərdən istifadə olunur.