Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aquero avtomobil qəzası keçirdi

Aquero avtomobil qəzası keçirdi

Tarix: 16 Oktyabr 2019 20:28

"Mançester Siti"nin futbolçusu Serxio Aquero avtomobil qəzası keçirib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, hadisə dünən argentinalı hücumçu İngiltərə klubunun bazasına gedən zaman baş verib. Aquero qəza zamanı xəsarət almasa da, avtomobilinə maddi ziyan deyib.

Qəzadan sonra 31 yaşlı futbolçunun müalicəyə ehtiyacı olmadığı, ancaq ona bir neçə gün istirahət verildiyi bildirilib.

 

 


Etiketlər:  Aquero avtomobil qəzası keçirdi


RƏYLƏR