Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“TikTok” azyaşlılar üçün sosial şəbəkədən istifadə vaxtını məhdudlaşdırır

“TikTok” azyaşlılar üçün sosial şəbəkədən istifadə vaxtını məhdudlaşdırır

Tarix: 2 Mart 2023 09:08

"TikTok" sosial şəbəkəsi 18 yaşdan kiçik şəxslərin hesabdan istifadə müddətini məhdudlaşdıracaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şəbəkənin sahibi olan Çin şirkəti "ByteDance" yetkinlik yaşına çatmayanların istifadə vaxtının gündə 60 dəqiqə ilə məhdudlaşdırılacağını bəyan edib.

Eyni zamanda, 13 yaşdan yuxarı yeniyetmələrdən limitə çatdıqdan sonra istifadəyə davam etmək üçün giriş kodunu daxil etmələri tələb olunacaq.

Yaşı 13-dən az olanlar yalnız valideynlərinin və ya qəyyumlarının icazəsi ilə sosial şəbəkədə 60 dəqiqədən çox qala biləcəklər. Valideynlər giriş kodunu daxil edərsə, onlar daha 30 dəqiqə vaxt ala bilərlər.

Bundan əlavə, valideynlər yetkinlik yaşına çatmayanlar üçün bildirişlərin söndürülməsi üçün qrafik təyin edə biləcəklər.

Milli.Az


Etiketlər:  TikTok azyaşlılar üçün sosial şəbəkədən istifadə vaxtını məhdudlaşdırır


RƏYLƏR