Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2023 20:42
Türkiyənin Hatay şəhərindəki dəhşətli zəlzələdən sonra Məryəm Yıldız adlı qadın 7 yaşlı oğlu Çağdaşı axtarır.
Sonxeber.net big.az-a istinadən bildirir ki, zəlzələ baş verən gün qadının 3 uşağı keçmiş həyat yoldaşının evində olub.
Həftədə bir dəfə uşaqları ilə görüşən ata bu dəfə də onları özü ilə aparıb, lakin təəssüf ki, təbii fəlakət onlardan birinin anasının yanına qayıtmasına imkan verməyib.
Ata və bir oğul ilk anda, qızı Derin isə 3 gün sonra dağıntılar altından sağ çıxarılsalar da, Çağdaşdan heç bir xəbər yoxdur: onun nə ölüsü, nə dirisi tapılmayıb.
Atanın sözlərinə görə, son dəfə həmin oğlunu ikinci həyat yoldaşının qucağında görüb, həmin qadın isə dağıntılar altında həlak olub.
Ana isə ehtimal olan hər yeri gəzdiyini və yenə də axtarmağa davam edəcəyini bildirir.